Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb

20:20 | 11.09.2023
Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb

Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb


Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb "Tramadol 200”, 10 həb "Namadol-225mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.

"Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb