Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Planlaşdırma və Tikinti Mərkəzi (ƏƏTM) "Chapman Taylor” MMC-ni Naxçıvan (Naxçıvan Muxtar Respublikası) şəhərinin baş planının konseptual layihəsini, fərdi tikililərin memarlıq həllərini hazırlamaq üçün , ictimai yerlər və şəhərin memarlıq üslubu üçün tövsiyələr təqdim etmək işinə cəlb edib.
Dövlət satınalmaları portalının məlumatına görə, bu məqsədlə şirkətlə dəyəri 9 milyon 15,856 min manat olan müqavilə imzalanıb.
Bundan əlavə, KTSP "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Naxçıvan şəhərinin baş planının hazırlanması üzrə xidmətlərin göstərilməsi üçün dəyəri 1 milyon 286,2 min manat olan müqavilə bağlanıb.
İşin tamamlanması üçün son tarix 1 aprel 2025-ci ildir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !