Naxçıvanın xarici ticarət dövriyyəsi 8 %-dən çox artıb

21:30 | 17.05.2021
Naxçıvanın xarici ticarət dövriyyəsi 8 %-dən çox artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 8 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR xarici ölkələrlə 132,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,3 % çoxdur.

Bu ilin 4 ayıında ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikanın ixracının dəyəri 0,8 % artaraq 99,6 milyon ABŞ dolları, idxalının dəyəri isə 39,1 % artaraq 33,4 milyon ABŞ dolları olub.

Son nəticədə ötən 4 ay ərzində xarici ticarətdə 66,2 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 12,6 % azdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti