Naxçıvanda istehsal olunan avtomobillər bu ildən Belarus Respublikasına ixrac olunacaq.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, hazırda illik istehsal gücü 5 min ədəd avtomobil olan zavodda 9 modeldə avtomobil istehsal olunur.
"Yaxın zamanlarda isə sedantipli "NAZ-Lifan-820” və krossovertipli "NAZ-Lifan X-50” modellərinin istehsalına başlanılacaq. "NAZ-Lifan-820” modeli əvvəlki sinfindən fərqli olaraq, arxa hissə ilə bərabər, həm də ön park-radar sistemi, mühərriki işə salmaq üçün start-stop düyməsi, ön oturacaqların qızdırılması və təhlükəsizlik yastıqlarının sayının 4 ədədə çatdırılması ilə seçilir. Krossovertipli "NAZ-Lifan X-50” modeli isə "NAZ-Lifan X-60” modelindən fərqli olaraq daha az yanacaq sərfinə və elektron sükan idarəetməsinə malikdir” - məlumatda deyilir.
Avtomobillərin qiymətləri modeldən və komplektasiyadan asılı olaraq, 7 500 manatdan 15 900 manatadək dəyişir. Alıcılara nağd pulla və köçürmə yolu ilə təklif edilən bu avtomobilləri Naxçıvan Muxtar Respublikasının sakinləri qiymətinə əlavə faiz hesablanmadan dəyəri hissə-hissə ödənilməklə də əldə edə bilirlər.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !