İran İslam respublikasından Naxçıvan muxtar Respublikasına gedən yol bağlandıqdan sonra bölgədə yanacağın qiyməti qalxıb.
İndi Sədərəkdən tutmuş Ordubada kimi bütün yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin qiyməti 1 manatadır.
Bu barədə “Axar.az”a Şərur rayon Şahtaxtı sakini Muxtar Əliyev məlumat verib. Onun dediyinə görə, iki gündür ki, muxtar respublikada əməlli yanacaq qıtlığı hiss edilir. «Hətta 1 manata belə benzin tapmaq müşkülə çevrilib. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi isə bilinmir»
Naxçıvandan aldığımız məlumata görə, dizel yanacağının qiyməti Muxtar Respublikada 1 manata qalxıb, amma Aİ 92 benzini qalxmayıb: "Benzinin qiyməti qalxmasa da, məhdudiyyətlər tətbiq edilib. Yanacaqdoldurma məntəqələri 5-6 litrdən artıq benzin satmırlar. "İranla sərhəd-keçid probleminin yaranmasına görə qıtlıq yaranıb" - deyirlər".
ANN.Az