Nazarbayev: “Qazaxıstanı Ukraynanın taleyi gözləyə bilər”

19:45 | 25.08.2014
Nazarbayev: “Qazaxıstanı Ukraynanın taleyi gözləyə bilər”

Nazarbayev: “Qazaxıstanı Ukraynanın taleyi gözləyə bilər”

“Qazaxların sayı bizim dilimizin təsir vasitəsi kimi artır”.

 

Axar.az “Forbes.kz” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Nursultan Nazarbayev çıxış edib.

 

O, qazaxların özlərinin öz dilinə qiymət verməli olduğunu bildirib:

 

“Təsəvvür edək ki, biz qanuni olaraq qazax dilindən başqa bütün dilləri qadağan edirik. O zaman bizi nə gözləyir? Ukraynanın taleyi. Hər kəsi məcburi şəkildə qazax dilinə gətirmək olmaz axı. Məsələ ondadır ki, biz nə seçirik. Ona görə də mən fikirləşirəm ki, dil məsələsində həddən artıq səbirli olmaq lazımdır. Qazaxların sayı bizim dilimizin təsir vasitəsi kimi artır. Bölgələrdəki iş yerlərində qazax dilindən istifadə edilmir və buna heç kim ehtiyac duymur. Amma bütün bunlara rəğmən, Qazaxıstanda çoxlu digər etnoslar var ki, qazax dilində danışırlar. Biz özümüz gərək dilimizə qiymət verək”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM