Nazarbayev ürəyindən əməliyyat olunub

11:07 | 20.01.2023
Nazarbayev ürəyindən əməliyyat olunub

Nazarbayev ürəyindən əməliyyat olunub

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ürəyindən əməliyyat olunub. Bu barədə onun mətbuat katibi  Aidos Ukibay "Twitter” səhifəsində yazıb.
 
Siyasətçinin mətbuat katibi qeyd edib ki, əməliyyat uğurla keçib, hazırda həyat üçün təhlükə yoxdur.

"İndi o, müşahidə altındadır. Əməliyyat məşhur kardiocərrah Yuri Pyanın rəhbərliyi altında Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində keçirilib”, - deyə Ukibay bildirib.

Bundan əvvəl Qazaxıstanın keçmiş rəhbəri Nursultan Nazarbayevin Astanada Milli Elmi KardioCərrahiyyə Mərkəzində olduğu bildirilib.

82 yaşlı Nazarbayevin ürəyindən əməliyyat olunaraq xəstəxanaya yerləşdirildiyi bildirilirdi. "Xəbər 24” kanalının keçmiş direktoru Aleksandr Aksyutits bildirib ki, Qazaxıstanın ilk prezidenti Astanadakı xəstəxanalardan birinə aparılıb, həkimlər onun ürəyini hərtərəfli müayinə edirlər. O qeyd edib ki, həkimlərin fikrincə, siyasətçinin əməliyyata ehtiyacı var.

Bir neçə gün əvvəl Qazaxıstan Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (elbası) elan edən "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında” qanunun etibarsız sayılması barədə qərar çıxarıb.

Nursultan Nazarbayev - 1989-cu ildən Qazaxıstan SSR prezidenti, 16 dekabr 1991-ci ildən 20 mart 2019-cu ilə qədər Qazaxıstan Respublikasının ilk prezidenti.
 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM