Nazim Bəydəmirlinin məhkəməsi təxirə salınıb

15:48 | 14.11.2024
Nazim Bəydəmirlinin məhkəməsi təxirə salınıb

Nazim Bəydəmirlinin məhkəməsi təxirə salınıb

Sabiq deputat Nazim Bəydəmirliyinin məhkəməsi noyabrın 27-nə təxirə salınıb. Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli öz sosial hesabında paylaşıb. 
 
Bəydəmirli 2024-cü ilin sentyabrında 8 il müddətinə həbs edilib. 
 
O, 2024-cü ilin fevralında  barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentə müraciət edib.  Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha sonra  3 ay uzadılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri onun həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edib, ondan 50 min manat pul istəyib. 
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti