• $
  • €
  • ₽
  • ₺
  • £

Nazim Bəydəmirlinin məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib

Nazim Bəydəmirlinin məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib
27.05.2024 21:52
Bakı Ağır Cinayətlər məhkəməsində sabiq deputat, iş adamı Nazim Bəydəmirlinin məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Məhkəmədə iş üzrə Ədalət Bağırov və Mürsəl İbrahimov ifadə verib.

Zərərçəkmişlər məhkəmədə Nazim bəyin onlardan pul tələb etdiyini vurğulayıb.

"Biz onunla iş ortağı olmuşuq. Nazim dedi ki, biz gədəbəyliyik. Hər şey yaxşı olacaq. Ancaq  deputat seçiləndən sonra bizimlə münasibəti dəyişdi. Mənə şər atdılar ki, guya qarajda bir xanıma təcavüz etmişəm.  Həmin xanımda bu işin içində idi. Ona 20 min manat təklif etdiyini öyrənmişəm.  Daha sonra telefonda iki kişinin intim videosunu göstərərək, dedi ki, dediklərimi etməsən, sənin də belə videon olacaq.  Məndə məcbur olub 10 min manat verdim",- zərərçəkmiş vurğulayıb.

 Bəydəmirli  isə zərərçəkmişin yalan danışdığını  vurğuladı.

Digər zərərçəkən Mürsəl İbrahimov isə Bəydəmirli ilə biznes vasitəsilə tanış olduğunu bildirib.

"Biz Nazimlə işlə bağlı münasibətimiz yaranıb. Rusiyada içki biznesi ilə məşğul olacaqdıq.  Təklifə razılaşıb, biznes şəriki olan iranlı dostundan 40 min dollar alıb,  ona verdim. Sonra isə hesab kitab edəndə ortada heç nəyin olmadığını gördüm. Mən alim adamam, hər şeyi düz danışıram” - zərərçəkmiş əlavə edib.

Bəydəmirlinin növbəti məhkəməsi iyunun 10-u davam edəcək. 

Bəydəmirli 2023-cü ilin iyulunda həbs olunub.

O, 2024-cü ilin fevralında  barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentə müraciət edib.  Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha sonra  3 ay uzadılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri onun həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edib, ondan 50 min manat pul istəyib. 
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol