• $ 1.7
  • € 1.9874
  • ₽ 0.021662
  • ₺ 0.0399
  • £ 2.2728

Nazim Bəydəmirliyinin apellasiya şikayəti təmin edilməyib

Nazim Bəydəmirliyinin apellasiya şikayəti təmin edilməyib
11.12.2024 18:41
Sabiq deputat Nazim Bəydəmirliyinin barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması ilə bağlı apellasiya şikayəti təmin edilməyib. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Bəydəmirli 2024-cü ilin sentyabrında 8 il müddətinə həbs edilib. 


O, 2024-cü ilin fevralında  barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentə müraciət edib.  Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha sonra  3 ay uzadılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri onun həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edib, ondan 50 min manat pul istəyib. 
 
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
Cəmiyyət 21:40
Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Cəmiyyət 21:01
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Cəmiyyət 20:55
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Kamran Əsədova cinayət işi açılıb
Cəmiyyət 19:24
Kamran Əsədova cinayət işi açılıb
Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib - Yenilənib
Cəmiyyət 19:21
Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib - Yenilənib
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:39
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
MEDİA Heydər Əliyevin məzarını ziyarət edib
Cəmiyyət 17:21
MEDİA Heydər Əliyevin məzarını ziyarət edib
Havanın temperaturu enəcək - Xəbərdarlıq
Cəmiyyət 16:50
Havanın temperaturu enəcək - Xəbərdarlıq
Rusiya Azərbaycandakı diaspor rəhbərinə qarşı yekun ittiham irəli sürüb
Cəmiyyət 15:58
Rusiya Azərbaycandakı diaspor rəhbərinə qarşı yekun ittiham irəli sürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol