Nazim İbrahimov ermənilərdən nə danışdı?

12:18 | 30.12.2013
Nazim İbrahimov ermənilərdən nə danışdı?

Nazim İbrahimov ermənilərdən nə danışdı?

Azərbaycan diaspor təşkilatları gələn il uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı dünya ölkələrində bir sıra tədbirlər keçirəcək.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, erməni yalanlarının ifşası istiqamətində görülən işlər növbəti ildə də davam etdiriləcək: “Əlimizdən gələn nə varsa, edəcəyik ki, ermənilərin cəhdlərinin qarşısı alınsın. Ermənilər nəyəsə nail ola bilərlər. Bu da onlara dəstək verən dövlətlərin, qrupların sayəsində olacaq. Yəni bu, Azərbaycan, türk dünyası diasporunun zəifliyi ilə bağlı deyil. Bizim diaspor təşkilatlarımız, Heydər Əliyev Fondu, o cümlədən “Xocalıya ədalət” kampaniyası növbəti ildə də uğurlu nəticələr qazanmağa çalışacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM