Nazir: “Azərbaycan heç bir ittifaqa daxil olmağı nəzərdən keçirmir”

14:44 | 03.06.2014
Nazir: “Azərbaycan heç bir ittifaqa daxil olmağı nəzərdən keçirmir”

Nazir: “Azərbaycan heç bir ittifaqa daxil olmağı nəzərdən keçirmir”

Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər.

 

“APA-Economics”in xəbərinə görə, bunu ADA Universitetində çıxışı zamanı Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

 

A.Ulyukayev deyib ki, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə müzakirə olunub.

 

“Rusiya-Azərbaycan fondu iri layihələrin həyata keçirilməsinə yardım edə bilər”, - deyə A.Ulyukayev qeyd edib.

 

O, əlavə edib ki, Rusiyanın artıq Qətər, Küveyt, Cənubi Koreya, Çin və bir çox ölkələrlə bu cür fondları mövcuddur.

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təhsil ocağının tələbələrinin suallarını cavablandırarkən Azərbaycanın heç bir ittifaqa, o cümlədən Avropa Birliyi və ya Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmədiyini bildirib.

 

Ş. Mustafayev deyib ki, Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problem yoxdur.

 

 Nazir əlavə edib ki, bu, Azərbaycan üçün rahat, normal rejimdir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti