Nazir: Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb

12:47 | 27.05.2021
Nazir: Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb

Nazir: Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb

2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci ilin  büdcəsi icrasınin müzakirəsi zamanı deyib.
 
 
" Keçən ill Azərbaycan iqtisadiyyati 2 böyük şokla qarşılaşıb. Bunlardan biri pandemiya, digəri dünya bazarlarında xam neftə tələbatın azalmasıdır. Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır” - deyə nazir bildirib.
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM