Azərbaycanda pambıqçılıqla məşğul olan fermerlərin məhsul satışı sahəsində yaranmış problemləri tezliklə həll olunacaq.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Nazir qeyd edib ki, bu məsələ ilə bağlı artıq dövlət başçısına məlumat verilib: "Ölkə prezidentinin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi özəl şirkətlərlə intensiv danışıqlar aparıb. Razılaşmaya görə, son 3 gündə həmin şirkətlər öz qiymətlərini, əlaqə nömrələrini elan edəcək və fermerlər məhsullarını razılaşma yolu ilə təhvil verə biləcəklər".
H.Əsədov əlavə edib ki, son dövrdə pambıqçılıq təsərrüfatlarının özəl şirkətlər tərəfindən maliyyələşdirilməsində problemlər yaranıb: "Pambığın yetişdirilməsi ilə özəl şirkətlər məşğul olub və məhsulun yetişdirilməsidən becərilməsi mərhələsinə kimi şirkətlə istehsalçı arasında müqavilə bağlanırdı. Bu razılaşma və müqavilələrə uyğun olaraq məhsulun əkilməsi, becərilməsi, yığılmasının maliyyələşdirilməsi həmin şirkətlər tərəfindən aparılırdı. Lakin son dövrdə bu sahədə problemlər yaranıb və maliyyələşmə aparılmır. Bu səbəbdən, ilkin becərmə dövründə problemi aradan qaldırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi fermerlərə borc olaraq 1 000 tondan artıq gübrə verib. Hazırda isə yığılan məhsulun alışı ilə bağlı problem yaranıb".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !