Azərbaycanda minimum əmək haqqının artırılması həm dövlət, həm də özəl sektora ciddi təsir göstərəcək.
"Artım ümumilikdə 950 min nəfərə şamil olub ki, onlardan da 600 min nəfəri dövlət, 350 min nəfəri isə özəl sektorda çalışır. Bunun böyük əhəmiyyəti var, birincisi Azərbaycanda minimum əmək haqqı ilk dəfə olaraq yaşayış minimumundan yüksək olacaq, ikincisi Azərbaycan MDB ölkələri arasında alıcılıq qabiliyyəti üzrə ikinci yeri tutacaq", - deyə nazir bildirib.
"İlin birinci yarısında ölkə üzrə minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılıb, indi isə – ikinci mərhələdə 180 manatdan 250 manata çatdırılıb. Bütövlükdə, büdcədən bu məqsədlər üçün 1,2 - 1,3 milyard manat ayrılacaq", - deyə nazir söyləyib.(report)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !