Nazir bu idarəyə yeni rəis təyin etdi

10:34 | 16.11.2019
Nazir bu idarəyə yeni rəis təyin etdi

Nazir bu idarəyə yeni rəis təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Anews.az oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.

O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib. Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib. 
Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM