Nazir Elnur Məcidovu işdən çıxardı

12:29 | 18.07.2019
Nazir Elnur Məcidovu işdən çıxardı

Nazir Elnur Məcidovu işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Məcidov Elnur Durmuş oğlu tutduğu vəzifədən azad edilib.


Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Elnur Məcidov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb:


"Hazırda onun vəzifələrini Kənan Əkbərov icra edir”.


Qeyd edək ki, E.Məcidov 1976-cı ildə anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin bakalavr, 1997-1999-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Evlidir, 3 övladı var.
(modern.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb