"Biz Məşğulluq Mərkəzi vasitəsilə daha bir araşdırma apardıq və məlum oldu ki, ölkədə əmək qabiliyyətli 890 min qadın heç yerdə işləmir. Təsəvvür edirsiniz?
Onların hamısı evdə oturub".
anews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Virtualaz.org saytına müsahibəsində deyib. O bildirib ki, bu, əmək qabiliyyətli əhalinin az qala 20 faizi deməkdir:
"Daha doğrusu, 15 faizi, əmək qabiliyyətli əhalinin sayı 6 milyondan yuxarıdır. Göründüyü kimi, qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !