Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə yeni üzv təyin olunub.
Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Murad Əhmədov Agentliyin İdarə Heyətinin üzvü təyin edilib.
Murad Əhmədov 1999-2001-ci illərdə Xəzər universitetində təhsil alıb. 2001 - 2002-ci illərdə "Amrahbank” ASC-də, 2002 - 2005-cü illərdə Mərkəzi Bankda, 2005 - 2006-ci illərdə "KPMG Azerbaijan Limited”, 2006-2012-ci illərdə "Ernst & Young"-da auditor, 2012-2015-ci illərdə "Pasha Holding”də, 2018-2020-ci illərdə "LU-MUN Holding”də, 2020-2021-ci illərdə "Azerbaijan Poultry Company” MMC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hal-hazırda isə "Azmade Group” MMC-də İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Xatırladaq ki, Agentliyin Nizamnaməsinə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmə prosesində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. TKTA-nın işinin təşkili, funksional idarəçiliyin həyata keçirilməsi, Agentliyin səmərəli idarə olunması, şəffaf və çevik təşkilati strukturun qurulması,İdarə Heyətinin üzvləri arasında işəgötürənlərin bir nəfər ictimai əsaslarla fəaliyyət göstərəcək nümayəndəsinin olmasının və İdarə Heyəti səlahiyyətlərinin effektiv və funksional həyata keçirilməsinin təmin edilməsi olduqca vacib hesab olunur.
Murad Əhmədovun təyinatı ilə Agentliyin İdarə Heyəti üzvlərinin sayı tam şəkildə formalaşdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !