Nazir ermənilərin Şuşadan oğurladıqları xalçalardan DANIŞDI

14:44 | 23.11.2021
Nazir ermənilərin Şuşadan oğurladıqları xalçalardan  DANIŞDI

Nazir ermənilərin Şuşadan oğurladıqları xalçalardan DANIŞDI

Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur.

Bu barədə Mədəniyyət naziri Anar Kərimov bildirib.

O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: "Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik.

Buna cavabdeh olan ən vacib təşkilat YUNESCO-dur. Orada da hər hansı bir ölkədən mədəni sərvətlərin qeyri-qanuni olaraq çıxarılmasını, mənimsənilməsini və s. halları qadağan edən konvensiya var. Biz də, Ermənistan da bu konvensiyanın üzvüyük. Bu konvensiyaya qoşulan ölkə kimi YUNESCO-da iddialarımızı ortaya qoymuşuq, həmin irsin Azərbaycana olduğunu qeyd etmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır”, - deyə nazir əlavə edib. (report)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb