Nazir: Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir

21:41 | 03.03.2016
Nazir: Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir

Nazir: Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir

Martın 3-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gegiondakı hərbi-siyasi şərait barədə qonağa məlumat verən müdafiə naziri Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini diqqətə çatdırıb.

Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanla Meksika arasında əlaqələrin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM