Nazir Hikmət Usubovu işdən çıxarıb

11:19 | 10.03.2023
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov təyin edilib.

Hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.

General-leytenant Oruc Zalov ötən ilin dekabrında təqaüdə göndərilib. O, 1998-2022-ci illərdə nazir müavini olub. 1994-2019-cu illərdə daxili işlər naziri olan Ramil Usubov isə hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb