Nazir hotellərə xəbərdarlıq etdi

14:24 | 12.03.2014
Nazir hotellərə xəbərdarlıq etdi

Nazir hotellərə xəbərdarlıq etdi

“Mədəniyyət və Turizm Nazirliyi digər nazirliklərlə, müvafiq dövlət qurumları ilə birlikdə mütəmadi olaraq turizm obyektlərində, hotellərdə monitorinqlər keçirir. Bu monitorinqlər həm hazırlıq, həm də yay dövrlərində aparılır”. APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbulfəs Qarayev söyləyib. Ə.Qarayev deyib ki, Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə hotellərdə yoxlamalar aparır, hotel sahiblərinə üzə çıxan nöqsanların aradan qaldırılması üçün tövsiyələr verir: “Bizim məqsədimiz hotel sahiblərinə nöqsanların aradan qaldırılması üçün yardım etməkdir. Tövsiyələr nəzərə alınmırsa, o halda başqa ölçülər götürürük. Keçən il 3 hotelin lisenziyası alındı. Hazırda bir neçə hotelin lisenziyası bitib, yoxlama aparırıq. Hotel sahibləri Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək idmançıların, turistlərin hotellərdə yerləşməsini istəyirlərsə, Avropa Olimpiya Oyunlarına qədər lisenziya almalıdırlar. Lisenziyasız fəaliyyət göstərən hotellər bu imkanlardan istifadə etməyəcəklər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb