Nazir istefa verdi - Hollandiyada

15:00 | 05.10.2017
Nazir istefa verdi - Hollandiyada

Nazir istefa verdi - Hollandiyada

Hollandiyanın müdafiə naziri Janin Hennis Malidə xidmət göstərən iki əsgərin qəza nəticəsində həlak olmasından sonra siyasi məsuliyyət daşıdığını bildirərək, istefa verib.

anews.az BBC-yə istinadən xəbər verir ki, onunla birlikdə Hollandiya Baş Qərargah rəisi Tom Middentrop da vəzifəsindən getdiyini açıqlayıb.

Hollandiya BMT-nin Malidə siyasi sabitlik yaratmaq məqsədilə saxladığı beynəlxalq qüvvələrə hərbi dəstək verən ölkələrdəndir.

Qəza ilə bağlı Hollandiya Təhlükəsizliyi Araşdırma Qurumunun hazırladığı hesabat keçən həftə açıqlanıb. 

Hesabatda deyilir ki, Hollandiyanın Malidəki qüvvələrinin təhlükəsizlik məsələsində ciddi çatışmazlıqlar var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti