Azərbaycan Aİ ölkələrinə 10 milyard kubmetr qaz ixrac edəcək
Azərbaycan Cənub-Şərqi Avropaya "Cənub axını" və ya "Türkiyə axını" layihəsi vasitəsilə ildə 63 milyard kubmetr qaz ixrac etmək istəyən Rusiya il rəqabət aparmaq fikrində deyil.
ANS PRESS-in məlumatına görə, bunu Euractiv saytına müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
O, Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı bu ölkənin baş naziri Boyko Borisov ilə görüşündə müzakirə olunan məsələləri şərh edərək bildirib ki, gələcək plana uyğun olaraq, Azərbaycan 2019-2020 illərdə Avropa İttifaqı ölkələrinə 10 milyard kubmetr qaz çatdırmaq niyyətindədir. Bu, Rusiya ilə müqayisədə kiçik rəqəmdir."
Onun sözlərinə görə, həmin görüş zamanı "Nabucco” layihəsinin dirçəldilməsi məsələsinə də toxunulub.
N.Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın təqribən 2,65 trilyon kubmetr həcmində kəşf olunan qaz ehtiyatı var. Gələcəkdə əlavə qazın nəqlinə yönələn layihələr "Nabucco" qaz kəmərindən kifayət qədər fərqli olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !