Yaponiyanın İqtisadiyyat və Sənaye naziri Yuko Obuti maliyyə qalmaqalına görə istefa verib.
ANN.Az-ın xarici mediaya istinadən xəbərinə görə, o, istefa ərizəsini 30 dəqiqəlik görüş zamanı ölkənin baş naziri Sindzo Abeyə təqdim edib. Hökumətin başçısı onun istefa ərizəsini təsdiqləyib.
Obutini vəzifəsində sui-istifadə edərək, makiyaja və digər şəxsi ehtiyaclarına görə dövlət pulunu xərcləməkdə ittiham olunurdu. Ekspertlər onu baş nazir postuna real namizədlərdən biri hesab edirdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !