Nazir: “Məhkəmələr qanun pozuntularına yol verir”

13:17 | 15.11.2013
Nazir: “Məhkəmələr qanun pozuntularına yol verir”

Nazir: “Məhkəmələr qanun pozuntularına yol verir”

“Bununla bağlı 39 hakim intizam məsuliyyətinə cəlb olunub, 4 hakimin səlahiyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişdirilib”“Yol qəzaları və onların nəticələri insanları narahat edir”.Bunu Ali Məhkəmənin Plenumunda çıxışında ədliyyə naziri Fikrət Məmmədov deyib.Nazir bildirib ki, bu sahədə Azərbaycanda kompleks tədbirlər görülür: “Ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzalarının göstəriciləri yüksəkdir. Bu cür cinayət işləri araşdırılarkən məhkəmələr tərəfindən bir sıra qanun pozuntularına yol verilir”.F. Məmmədovun sözlərinə görə, bunun nəticəsidir ki, ötən dövr ərzində Məhkəmə Hüquq Şurası tərəfindən 39 hakim ciddi intizam məsuliyyətinə cəlb olunub, 4 hakimin səlahiyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişdirilib.APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti