Nazir məktəblərdə son hadisələrə münasibət bildirib

15:25 | 29.02.2024
Nazir məktəblərdə son hadisələrə münasibət bildirib

Nazir məktəblərdə son hadisələrə münasibət bildirib

Məktəblərdə uşaqların savaşmasına görə müəllimlərin üzərinə gedilməsi doğru yanaşma deyil. Bunu elm və təhsil nazirir Emin Əmrullayev deyib.
 
"Məktəbkərdə son baş verən hadisələr hər zaman ola bilən hadisədir. Müşahidə bundan ibarətdir ki, uşaq qalır bir qıraqda günahkar axtarılır. Dövlət qurumları qanunvericilik çərçivəsində fəaliyyət göstərir.Cinayət faktı varsa hüquq-mühafizə orqanlarına bildirilməlidir. İnizabati xəta olanda müvafiq cərimə edə bilər. Uşaqlar savaşa bilir. Bu daha əvvəl də olub. İlk növbədə məktəb qarşısını alırsa məsələ bitir. Bunu video çəkib müəllimlərin üzərinə getmək doğru deyil. Gözləntimiz müəllimə qarşı hörmətsizlik qəbuledilməzdir",- Emin Əmrullayev fevralın 29-da mətbuat üçün keçirdiyi mətbuat konfrasında deyib.
 
Nazir həmçinin bildirib ki, yeniyetmələr arasında baş verən cinayətlər təkcə Azərbaycanda deyil.
 
" Valideynlərə vaxtında müraciət etməyi tövsiyə edirik. Məktəb istintaq qurumu deyil. 3-5 aydan sonra müraciət edəndə hadisəni daha tez araşdırmaq olmur",- nazir əlavə edib.
 
Gülnar Nazimqızı
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM