Nazir müharibə veteranını mükafatlandırdı

12:12 | 12.02.2014
Nazir müharibə veteranını mükafatlandırdı

Nazir müharibə veteranını mükafatlandırdı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Vətən müharibəsinin veteranı Şahbaz Əli oğlu Hüseynovu təbrik edib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirin əmri ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə və anadan olmasının 90 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsinin veteranı, Yardımlı rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Şahbaz Əli oğlu Hüseynov Azərbaycan prezidenti adından "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib və ona təbrik ünvanlanıb. Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani medalı və nazirin təbrik məktubunu yubilyara təqdim edib. Veteranlar Şurasının sədri Şahbaz Hüseynov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM