“Təəssüf ki, Azərbaycanda hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir”.“APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov açıqlama verib. “Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Mobil operatorlar bunu etməsələr, biz qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək”, - deyə nazir qeyd edib.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !