Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlilliyin müəyyən edilməsi ilə bağlı işlər getdikcə təkmilləşdirilir.
anews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Nazir müavini qeyd edib ki, əlillik hallarının sayının artması hamını narahat edir:
"Söz yox ki, səhiyyə işçiləri tərəfindən doldurulan "Forma 88"-lərdə də problemlər var idi. Bununla bağlı bir sıra tibb müəssisələrinə xəbərdarlıq edilib, Səhiyyə Nazirliyində də bununla əlaqədar kollegiyası iclası keçirilib və cəzalandırılanlar olub. Ümid edirik ki, bu tədbirlər öz bəhrəsini verəcək".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !