Nazir müavini əməkhaqları və pensiyaların artırılmasından danışıb

11:23 | 20.10.2021
Nazir müavini əməkhaqları və pensiyaların artırılmasından danışıb

Nazir müavini əməkhaqları və pensiyaların artırılmasından danışıb

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələrək sosial artımlarla bağlı növbəti iki ay ərzində təkliflər hazırlanmalıdır. Bu artımlar əsasən əməkhaqlarını, əmək pensiyalarını və sosial müavinətləri, eləcə də təqaüdləri və digər sosial ödənişləri əhatə edir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, artımlar genişmiqyaslı olacaq:
 
"Təxminən, 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlanacaq. Hazırda növbəti ilin dövlət büdcəsinin müzakirəsi gedir. Düşünürük ki, proseslər paralel aparılacaq. Gələn ildən yeni artımların şahidi olacağıq”, - deyə nazir müavini əlavə edib. 

Nazir müavini xatırladıb ki, sosial artımlar 2019 və 2020-ci illərdə də olub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb