Ermənilərin Azərbaycan musiqisinə, mədəniyyətinə hücumları bu gün də davam edir.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda bu gün keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, ermənilər bu gün də musiqi alətlərimizi özününküləşdirməyə, milliləşdirməyə cəhd edirlər: "Zaman-zaman Azərbaycan musiqisinə, kulinariyasına, tarixinə, bütövlükdə Azərbaycan xalqının mədəni dəyərlərinə vandal münasibətləri ilə öndə gedən ermənilər musiqi alətlərimizə də vaxtaşırı hücumlar edib onları özününküləşdirməyə, milliləşdirməyə, erməni musiqi alətlərinə çevirməyə cəhd ediblər. Bu proses indi də davam edir”.
Ə.Vəliyev deyib ki, Mədəniyyət və Turizm Nazirliyi digər əlaqədar dövlət qurumları ilə birlikdə Azərbaycan mədəniyyətinin tədqiqi, qorunması, inkişaf etdirilməsi, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişaf etmiş mədəniyyətlərlə qovuşması istiqamətində lazımi addımları atıb və bundan sonra da atacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !