Nazir müavini ölkədə problemin olmadığını dedi

21:29 | 25.09.2018
Nazir müavini ölkədə problemin olmadığını dedi

Nazir müavini ölkədə problemin olmadığını dedi

Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur.

Oxu.Az-ın xəbərinə görə, bunu parıamentdə keçirilən beynəlxalq konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə iki Dövlət Proqramı təsdiq olunub.

Nazir müavini xatırladıb ki, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi beşdən aşağıya endirilib.

S. Həsənovanın sözlərinə görə, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatılması istiqmətində böyük işlər görülür və yaxın zamanlarda bu istiqamətdə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.
 
Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva üçün kampaniya başladılıb.

BiG.AZ xəbər verir ki, məşhurların da iştirak etdiyi bu kampaniya vasitəsilə aktrisa üçün 16 min manat yığılıb. Qeyd edək ki, bu pul "Topuş bacı"ya ilkin ödənişsiz təqdim edilən evin aylıq kreditlərinin bağlanılması üçün nəzərdə tutulub.

T.Əliyevanın evindən fotoları təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM