Nazir: Neftin qiymətinin düşməsi büdcəmizə problem yaratmayacaq

14:22 | 18.11.2014
Nazir: Neftin qiymətinin düşməsi büdcəmizə problem yaratmayacaq

Nazir: Neftin qiymətinin düşməsi büdcəmizə problem yaratmayacaq

2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin mövcud qiymətlərdən aşağı olması büdcə xərclərinin icrasında kəskin problem yaratmayacaq.

ANN.Az “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə naziri bildirib ki, sön 3 ayda neftin qiyməti 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 20% aşağı olub. Bununla belə, S. Şərifov neftin qiymətinin aşağı olmasının büdcə xərclərinin icrasına problem yaratmayacağını düşünür: “Dünyada neftə olan tələbat azalıb. Bu neft ixrac edən ölkələrin neftdən daxil olan gəlirlərin azalmasına səbəb olur. Bununla belə, hesab edirik ki, neftin qiymətinin uzun müddət ərzində aşağı olmasına heç bir iqtisadi əsas yoxdur”.

Maliyyə naziri əlavə edib ki, gələn il neftin qiyməti 90 dollardan aşağı olsa, büdcənin gəlirləri və xərclərində uzlaşma təmin ediləcək. S. Şərifov vurğulayıb ki, neftin qiyməti 60 dollardan aşağı olsa belə, bu büdcə xərclərinin icrasına kəskin problem yaratmayacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM