Oxu.Az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin dünən keçirilən iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi ilə bağlı proqnozlar da özünü doğrultmur:
"Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5 faiz artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir.
Mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub”, - deyə nazir əlavə edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !