"Türkiyənin "Sabah” qəzetinə Mədəniyyət və Turizm Nazirliyi adından etiraz məktubu göndərilib”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir deyib ki, Türkiyə Mədəniyyət Nazirliyinə də məktub ünvanlanıb: "Eyni zamanda Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğu vasitəsilə müraciət olunub. Həmin xəritə fotoya sonradan əlavə edilib. Mən orada iştirak edəndə belə bir xəritə yox idi. Belə bir şey olsaydı, buna imkan verməzdim. Məndə olan məlumata görə, "Sabah” qəzeti fotonu çıxarıb və üzr istəyib”.
Qeyd edək ki, İstanbulda Dünya Turizm Forumu çərçivəsində keçirilən və nazirlərin iştirak etdiyi panel barədə "Sabah” qəzetinin saytında məqalə yayımlanıb. Məqalədəki fotoda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri göstərilib. Nazirlərin arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələr yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !