Nazir - Son 4 ildə əmək müqavilələrinin sayı artıb

14:33 | 14.09.2023
Nazir - Son 4 ildə əmək müqavilələrinin sayı artıb

Nazir - Son 4 ildə əmək müqavilələrinin sayı artıb

Son 4 ildə əmək müqavilələrininsayı 350 888, qeyri-neft sektorunun özəl bölməsində isə 331 018 artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

"Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5 %-dən 49,7 %-ə çatıb", - nazir "X" sosial hesabında qeyd edib.
 

Dövlət Statistika Komitəsinin iyulun 1-nə olan açıqlamasına görə, Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub, onların 33,3 faizini qadınlar təşkil edib. 
 
İşsiz statusu verilən şəxslərin sayı son 1 ayda 2 min 708 nəfər azalıb.

İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı isə 109 nəfər artaraq 2 min 568 nəfər olub.
 
İşsiz kimi qeydə alınan şəxslərin 1/5-i - 49 min 800 nəfəri Bakı şəhərinin payına düşüb.
 
Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM