Təhsil naziri Mikayıl Cabbarov bu gün "Son zəng" tədbirində iştirak etmək üçün Sabirabaddakı məktəblərdən birində olacaq.
Bu barədə "Report"a nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, M.Cabbarov şagirdini xilas edib, özü Kürdə batan qəhrəman müəllim Əhliman Hüseynovun işlədiyi Sabirabad şəhəri 5 saylı orta məktəbdə tədbirdə iştirak edəcək.
Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında baş verib. Sabirabadın Cavad kənd sakini, 5 saylı şəhər orta məktəbində müəllim işləyən 58 yaşlı Əhliman Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qəza nəticəsində körpüdən çaya düşmüşdü. O maşındakı şagirdi 9 yaşlı Güldəstənin həyatını xilas edən zaman çayda boğulmuşdu.
Qeyd edək ki, Təhsil Nazirliyi Ə.Hüseynovun qəhrəmanlığını yüksək qiymətləndirib və qurumun maliyyə dəstəyi ilə onun ailəsinə ev tikilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !