Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, kollegiya iclasında həmçinin, "Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nın geniş müzakirəsi aparılıb.
Sığorta olunanların və digər faydalanan şəxslərin mənafelərinin lazımi səviyyədə qorunmaması ilə bağlı nazir Samir Şərifov bildirib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq göstərilən sahədə problemlər hələ də mövcuddur. Sığorta şirkətləri tərəfindən sığorta olunanların öz hüquqlarını və öhdəliklərini yetərincə bilmələri üçün az həcmdə iş görülür.
Sözügedən Tədbirlər Planına uyğun olaraq ölkədə sığorta işinin daha da inkişaf etdirilməsi, sığortalıların mənafelərinin müdafiəsi üçün daha ciddi və qəti hüquq normalarının müəyyən edilməsi, əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, sığorta sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həyat və qeyri-həyat sığortası sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni sığorta növlərinin tətbiqi ilə bağlı konkret tapşırıqlar verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !