Nazir: Uranı zənginləşdirmək niyyətində deyilik

11:25 | 17.01.2014
Nazir: Uranı zənginləşdirmək niyyətində deyilik

Nazir: Uranı zənginləşdirmək niyyətində deyilik

Türkiyə AES-də istifadə etmək üçün uranı zənginləşdirmək niyyətində deyil. Bunu ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız ölkə diplomatları qarşısında çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər verir.Yıldızın sözlərinə görə, Türkiyənin uranı zənginləşdirmək niyyətində olması barədə məlumat həqiqətəuyğun deyil və ölkəni yeni böhrana sürükləməyə yönəlib.Bundan əvvəl bir sıra yerli kütləvi informasiya vasitələrində guya Türkiyənin uranı zənginləşdirməyə hazırlaşdığı barədə məlumat verilmişdi.Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM