Nazir xalq artistinin ərini mükafatlandırdı - FOTO

16:14 | 03.07.2019
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev 60 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib və mükafatlandırılıb.

Anews.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Hacıyev Ədalət Qasım oğlu 1959-cu il iyun ayının 29-da Bakı şəhərində anadan olmuşdur.O, 1981-ci ildə D.Büyatzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayan Ə.Hacıyev, 1989-cu ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir.

1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.
Ə.Hacıyev işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, teatr sahəsi üzrə kamil mütəxəssis kimi göstərmişdir.
O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Ə.Hacıyev çalışdığı kollektivin nüfuzunu qazanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ə.Hacıyev 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Məlumat üçün bildirək ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır.

www.anews.az
loading...