2024-cü il 25 milyard gözlənilən qaz ixracının 9,8
milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə
tutulur. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"Azərbaycan - Türkiyə
enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi
kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini
təmin edir. Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya
bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Bu il
25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard
kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhanla indiyə
kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli
artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və
Avropa arasında birləşdirici roluna bir
sübutdur", - nazir sentyabrın 16-da Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxışı zamanı bildirirb.
2023-cü ildə respublikada qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,8 faiz çoxdur.
Azərbaycan hökuməti 2024-cü ildə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, respublika 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır.
Azərbaycan hökuməti 2024-cü ildə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, respublika 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !