Nazir Xocalı məktəbində işlərin yekunlaşmaq üzrə olduğunu bildirib

13:18 | 26.02.2024
Nazir Xocalı məktəbində işlərin yekunlaşmaq üzrə olduğunu bildirib

Nazir Xocalı məktəbində işlərin yekunlaşmaq üzrə olduğunu bildirib

Xocalı məktəbində görülən işlər yekunlaşmaq üzrədir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

"İnanırıq ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri olacaq. Nə qədər şagiridin təhsil alacağı işlər yekunlaşdıqdan sonra demək mümkündür. Təxminən 130-150 şagirdin təhsil alması nəzərdə tutulur. Təbii ki, əhalinin köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir", - Əmrullayev fevralın 26-da Xocalı soyqırımı ilə bağlı "Ana haray" abidəsini ziyarət edərkən jurnalistlərin suallarına cavab verərkən qeyd edib.
 
Nazir Xankəndi Kərkicahan qəsəbəsindəki məktəblərlə bağlı inventarlaşma işlərinin aparıldığını bildirib.
 
"Burada da müvafiq inventarlaşma işləri aparılır. Bütün azad edilmiş ərazilərdə, eyni zamanda antiterror hadisəsindən sonra da azad olmuş ərazilərdə müvafiq işlər aparılır, bütün tədris müəssisələri uçota alınıb. Burada da müxtəlif vəziyyətlərdə olan məktəb binaları var. Hər biri Azərbaycan təhsil sisteminin standartlarına uyğunlaşdırılır və bundan sonra istifadəyə verilir. O cümlədən, Xankəndi şəhərindəki məktəblər də. Bilirsiniz orada vaxtilə Azərbaycan dilli məktəblər fəaliyyət göstərib. Əhali ora köçərkən də həmin məktəblərdə tədris bərpa olunacaq", - o deyib.
 
Aytac Zeynalova 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM