Nazirə sual: Metropoliten rəhbərliyinə sualınız varmı? - ANN.TV

14:45 | 19.05.2015
Nazirə sual: Metropoliten rəhbərliyinə sualınız varmı? - ANN.TV

Nazirə sual: Metropoliten rəhbərliyinə sualınız varmı? - ANN.TV

Əhalisi sıx, ərazisi kiçik olan Bakı kimi şəhərlər üçün metronun əhəmiyyəti misilsizdir. Stansiyaların sayının artması, eyni zamanda işlək olanların texniki təchizatını möhkəmləndirmək, modernləşdirmək üçün dövlət başçısı İlham Əliyev dəfələrlə göstərişlər verib, müvafiq fərmanlar imzalayıb. 

Metronun həm də strateji obyekt olmasını nəzərə alaraq onun mühafizəsinin necə çətin olduğunu da vurğulamaq lazımdır. Çünki əhalinin ən sıx olduğu və pik saatlarda daha çox toplandığı metrostansiyalar hər zaman terror subyekti olaraq terrorçuların diqqətində birinci yerdə dayanır. 

Müasir dünyamızın hər növ qorxularına - terrora, qatarların tünellərdə qalmasına, yanğına, elektrik kəsintisinə, yay aylarında hava çatışmazlığına və s. baxmayaraq, metrodan istifadə edən sərnişinlərin sayı durmadan artır. Metro mövzusunun əhəmiyyətini nəzərə alaraq ANN.Az xəbər portalı "Nazirə sual" rubrikası çərçivəsində Bakı Metropoliten rəhbərliyinə müraciət etmək qərarına gəlib. 

Ənənəvi olaraq, "Nazirə sual" rubrikası çərçivəsində adi vətəndaşların sualları Bakı Metropoliten rəhbərliyinə çatdırılır. Əgər sizi maraqlandıran məsələlər varsa, ANN.Az  "Facebook" səhifəsinə və ya  [email protected] elektron poçt ünvanına suallarınızı göndərə bilərsiniz.

Müəlliflər: Orxan Aslanlı
Aynur Məmmədova
 
 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM