Nazirə yaraşmayan hərəkət jurnalistləri şoka saldı - FOTO

23:39 | 17.06.2015
Nazirə yaraşmayan hərəkət jurnalistləri şoka saldı - FOTO

Nazirə yaraşmayan hərəkət jurnalistləri şoka saldı - FOTO

Ümidsiz və əlacsız qalan nazir masanın yanında yerdə oturaraq əli ilə başını tutub.

Yunanıstanın Baş naziri Aleksis Çipras kreditorları son 5 ildə ölkəni talan etməklə günahlandırıb.

ANS PRESS-in məlumatına görə, maliyyə naziri Yanis Varoufakis isə bu həftə keçiriləcək Avro qrupda yeni reform təkliflərinin olmadığını deyib.

Varoufakisin parlamentdəki məyus halı jurnalistlərin diqqətindən qaçmayıb. Çıxış yolu tapmaqda ümidsiz və əlacsız qalan nazir masanın yanında yerdə oturaraq əli ilə başını tutub. Onun bu reaksiyası media nümayəndələrini şoka salıb.



Kreditorların ard-arda etdiyi çağırışlara baxmayaraq Yunan hökümətindən yeni bir addım atılmayıb. Yunanıstan baş naziri Aleksis Çipras isə kreditorları hədəfə alan sərt açıqlamalar etməyə davam edir. 



Rəhbəri olduğu Radikal Sol Koalisiyasının (SYRİZA) parlament qurupunda çıxış edən Çipras Yunanıstana qarşı Beynəlxalq Valyuta Fondunun siyasətini yenidən gözdən keçirməsini istəyib. 

Çipras Beynəlxalq Valyuta Fondunun təklifləri haqqında bizim deyil, xüsusilə Avropanın qərar verməsinin vaxtı gəldiyini qeyd edib. Həmçinin o, borclu olduqları təşkilatları Yunanıstanı alçaltmaq istədikləri üçün tənqid edib. 

Bild qəzetinə müsahibə verən Varoufakis Avropa maliyyə nazirlərinin yığıncağının yeni təklifləri nəzərdən keçirilməsi üçün doğru bir yer olmadığını qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM