Nazirin axtarışda olan qohumu polisə təslim oldu

14:40 | 10.01.2014
Nazirin axtarışda olan qohumu polisə təslim oldu

Nazirin axtarışda olan qohumu polisə təslim oldu

 Türkiyənin keçmiş dənizçilik, nəqliyyat və kommunikasiya naziri, hazırda hakim partiyadan İzmir bələdiyyə başqanlığına namizəd olan  Binəli Yıldırımın axtarışda olan bacanağı Cəmaləddin Haberdar polisə təslim olub.APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, C. Haberdar bu gün yerli vaxtla saat 11.15-də vəkili ilə birlikdə İzmir Əmniyyət Müdirliyinin (polis idarəsi) Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinə gedib. İfadəsi alındıqdan sonra onun prokurorluğa göndəriləcəyi bildirilir.  Xatırladaq ki, yanvarın 7-də Türkiyənin İzmir Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında korrupsiya, tenderlərdə qanunsuzluq ittihamı ilə yeni həbslər həyata keçirilib. İzmir, İstanbul, Ankara, Van və Hatayda 25 nəfər saxlanılıb. Onların arasında Dənizçilik, Nəqliyyat və Kommunikasiya Nazirliyinin tabeliyində olan İzmir və İskəndərun limanlarının rəhbər şəxsləri, eyni nazirliyin Dövlət Dəmir Yolları İdarəsinin sabiq və indiki məmurları, iş adamları da var. Polis Dövlət Dəmir Yollarının Ankaradakı Baş İdarəsinin binasında axtarış aparıb.     ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM