Çeçenistanın lideri Ramzan Kadırovun nazirlərindən birinin qızı Səda lüks həyatını geridə buraxaraq, terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) yaraqlısı ilə evlənmək üçün Suriyaya gedib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, iddiaya görə, İŞİD lideri Əbu Ömər Sədanın evləndiyi yaraqlını öldürərək onu öz həyat yoldaşı edib.Suriya və İraqda ələ keçirdiyi torpaqlarda xilafət elan edən terror təşkilatı İŞİD-in Kobaniyə hücumu əmri verdiyi iddia edilən liderlərindən Əbu Ömər əl-Şişhani uzun müddətdir dünya mətbuatının gündəmindədir. Əbu Ömərin çeçen əsilli həyat yoldaşı Səda Dudurkaeva isə bu günə qədər çox mətbuatda adı keçməyən film kimi bir hekayəyə sahibdir...Məlumatda qeyd edilir ki, Çeçenistan lideri Ramazan Kadırovun naziri Asu Dudurkaevin qızı olan Səda dəbdəbəli bir həyat yaşayırdı. Ancaq gözəlliyi ilə ad çıxaran Səda radikallaşmağa başlamışdı. Gənc qadın internet üzərindən Suriyaya cihadçılara qatılmağa gedən gürçu Hamzatla tanış olub. Hamzat İŞİD liderlərindən Əbu Ömər Şişhaninin sağ qolu idi. Gürcüstanın eyni şəhərində böyüyən Hamzat və Səda həm də uşaqlıqdan qonşuluqda yaşayıblar. Bir gün Hamzat yaralandığında Səda onun yanına getməyə qərar verib. Türkiyədəki vasitəçilərin köməyi ilə Suriyaya gedən Səda geri dönməməyə qərar verərək Hamzat ilə evlənib. Sədanın İŞİD-ə qatıldığı ortaya çıxanda Ramzan Kadırov onun nazir atasını fanatik qızını idarə edə bilmədiyi üçün kabinetdən qovub. Kadırov Sədanın geri dönməsini Çeçenistan üçün bir qürur məsələsi elan edib.O sırada Hamzatın anası Leyla Açişvili oğlu ilə Skype üzərindən əlaqə qurub və onu Suriyada ziyarət etmək üçün razılıq alıb. Çeçen rəhbərliyindəki səlahiyyətlilər Açişvili ilə ünsiyyətə girərək, Suriyaya gedəndə Sədanı da geri gətirməsini istəyib.Açişvilinin “Daily Beast” saytına verdiyi açıqlamaya görə, Hamzat və Səda olduqca yoxsul idi. Ancaq Açişviliyə görə, Səda bu vəziyyəti əhəmiyyətsiz hesab edir və Hamzat ilə bir-birlərini çox sevirmiş kimi görünürdülər. Açişvili Sədaya ailəsinin onu çağırdığını söyləyincə, gənc qadın Suriyada özünü azad hiss etdiyini və orada öləcəyini deyib.Leyla Açişvili Suriyadan Gürcüstana döndükdən 4 gün sonra Hamzatın ölüm xəbəri gəlir. Hamzat öldükdən sonra Səda da ailəsinin yanına geri dönməyə qərar verir. Ancaq terrorçuların komandirlərindən olan Əbu Ömər Şişhani buna icazə vermir və “bir şəhidin arvadının tək bıraxılamayacağını” iddia edərək, Sədanı özünə həyat yoldaşı edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !