Nazirlər Bakı deklarasiyası qəbul etdilər

14:50 | 26.05.2014
Nazirlər Bakı deklarasiyası qəbul etdilər

Nazirlər Bakı deklarasiyası qəbul etdilər

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Əhməd Davudoğlu Bakı deklarasiyası qəbul ediblər. ANS PRESS-in məlumatına görə, bu gün nazirlərin ilk üçtərəfli görüşü keçirilib. Xarici işlər nazirlərinin növbəti görüşünün ilin sonunadək Aşqabadda keçiriləcəyi haqda qərar qəbul edilib. Bunu görüşdən sonra mətbuat konfransında Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib. Görüşdə üç ölkə arasında münasibətləri, o cümlədən energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM