Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə görə ən varlılar baş nazirin müavinləri, ən sadəsi isə Xarici İşlər Nazirliyinin rəhbəridir. Jurnalistlərin diqqətini daxili işlər naziri Arsen Avakovun bəyannaməsi daha çox cəlb edib.
Onun sözlərinə görə, 2013-cü ildə, Ali Radanın deputatı olanda, 18 min dollar qazanıb. Bunun 15 mini deputat kimi əmək haqqı, qalanı isə bəyannamədə "maddi yardım” kimi göstərilib.
Ancaq Avakov sponsorun adını açıqlamayıb. Nazir Avakovun gəlirlərindəki digər bənd – "hədiyyə” kimi göstərilən 45 min dollar maraq doğurub. Adi hesablamaya görə, deputat Avakova özü qazanandan 2,5 dəfə çox pul "hədiyyə” olunub.
Ən varlı məmur isə baş nazirin müavini Valri Voşevskinin olduğu üzə çıxıb. Radikal Partiyasının nümayəndəsi, "Ukravtodor”un keçmiş rəhbəri keçən il 2 milyon 300 dollar qazanıb. Bunun 1,5 milyonu daşınmaz mülkiyyətin satışından əldə olunub. Voşevskinin 5 sot torpağı, 78,85 kvadratmetr mənzili və demək olar 800 kvadratmetrlik bağ evi, qarajı da var. Onun "Toyota Lend Kruzer” və 1963-cü il istehsalı olan "Volqa” avtomobili də var.
Baş nazir Arseni Yatsenyuk çox təvazökardır. Sənədə görə, o 2013-cü ildə 124 min dollar qazanıb. Onun adına 0,3 hektar torpaq, 298 kvadratmetrlik yaşayış evi, eləcə də 114 kvadrat metr ərazisi oilan bağ evi və müxtəlif yerlərdə üç mənzili var.
Xarici işlər naziri Pavel Klimkinin açıqladığı bəyannamədə gəliri 2,5 min dollardan o tərəfə keçməyib. Ancaq onun həyat yoldaşı ötən il 33 min dollar qazanıb. Nazirin adına 49 və 164 kvadratmetr sahələri olan iki mənzil, eləcə də BMW X5-də yazılıb.
Ukraynanın yeganə əcnəbi məmuru, səhiyyə naziri Aleksandr Kvitaşvili də gəlir bəyannaməsini açıqlayıb. Gürcüstanda da analoji vəzifəni tutan Kvitaşvili qazandığı 75,5 min dollardan 43 minini qeyri-dövlət pensiya fonduna köçürüb. Gürcü əsilli nazir yazıb ki, "Hyunda Tukson” avtomobilində hərəkət edir, 132 kvadratmetr sahəsi olan mənzildə yaşayır.
Ukraynanın yeni Nazirlər Kabineti dekabrın 2-də formalaşdırılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !